Yaponiya RƏM sistemini gücləndirir – KXDR-dan müdafiə olunmaq üçün

30.07.2019 - 11:27

Koreya Xalq Demokratik Respublikasının (KXDR) bu yaxınlardakı raket atışları fonunda Yaponiya hökuməti məqsədli şəkildə özünün milli raket əleyhinə müdafə (RƏM) sisteminin imkanlarını gücləndirir.

Yaponiya Müdafə Nazirliyinin (MN) başçısı Takesi İvaya yaxın mənzilli iki raketin sınağından sonra, KXDR-ı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnaməsinin tələblərini pozmaqda günahlandırıb. Raketlər aşağı yüksəklikdə və tutulmaq üçün mürəkkəb vəziyyətdə uçublar.

«Müxtəlif informasiyaların analizi əsasında müəyyən olunub ki, yaxın mənzilli ballistik raketin atışı həyata keçirilib. Bu, çox kədərli haldır, nədən ki, BMT TŞ-nın qətnaməsini pozur» – deyə, nazir bildirib.

O, əlavə edib ki, bu hadisələrin fonunda Yaponiya öz ərazisinin müdafiəsi məsələsini anlayır.

Bundan əvvəl, KXDR iki yaxın mənzilli raketin sınağıqı keçirib. Raketlər Yapon dənizinə düşüblər. (AzPolitika.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=130763

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728