Ukraynanın keçmiş prezidenti ölkədən qaçıb?
Poroşenkonun erməni əsilli naziri onun üzünə durur
Ukraynanın daxili işlər naziri Arsen Avakov keçmiş prezident Pyotr Poroşenkonu “şərəfiszcə yalan söyləməkdə” ittiham edib.
Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, erməni əsilli nazir bu barədə özünün “Feysbuk” səhifəsində yazıb.
Qeyd olunur ki, bundan öncə Pyotr Poroşenko bu ay Ali Radaya keçirilən seçkilərdə partiyasının məğlubiyyətini “polisin ona maneçilik törətməsi”, habelə “ölkə daxilində mütəşəkkil qrupların fəaliyyət göstərməsi” ilə izah edib.
Arsen Avakov isə nə polisin, nə də ümumiyytlə Daxili işlər nazirliyinin prezidentə qarşı işləmədiyini bildirib. Onun sözlərinə görə, eks-prezident rüsvayçı şəkildə uduzmasını müxtəlif bəhanələrlə əsaslandırır, lakin polis əməkdaşları yalnız düzgün seçkilər üçün çalışıblar.
“Təəssüf ki, Poroşenko üçün yalan danışmaq nəfəs almaq kimi bir şeydir, elə ona görə də məğlub olur”, – deyə Avakov yazıb.
Bundan başqa onu fikrincə, əgər keçmiş dövlət başçısı öz enerjisini hakmiyyət və pul uğrunda mübarizəyə həsr etməsəydi, ölkə üçün çox iş görmək olardı.
Bu arada Ukrayna mətbuatı Pyotr Poroşenkonun ölkədən qaçdığını xəbər edib. Gələn məlumatlarda keçmiş prezidentin oğlu Aleksey, gəlini Yuliya və nəvəsi Yelizavetanı da götürərək, çarter reysi ilə öncə Kiyevdən İstanbula, daha sonra isə Dubaya getdiyi söylənilir. Bundan bir neçə gün öncə, iyulun 23-də Pyotr Poroşenkonun xanımı Marina, qızları Yevgeniya və Aleksandra ilə Münhenə yola düşüblər.
Bütün bunların Ukraynanın Dövlət Təhqiqatlar Bürosunun keçmiş dövlət başçısına qarşı cinayət işi qaldırması ilə eyni vaxta düşməsi diqqəti çəkib.
Ukraynanın “Elise Journal” portalı isə Pyotr Poroşenkonun qaçış üçün Qərbi Avropada ictimai təşkilat yaratmağı planladığını yazıb. Həmin təşkilatın Brüssel və Londonda qərargahının olacağı gələn xəbərlər arasındadır. Hazırda isə Poroeşnkonun komandası milyarder Rokfellerlərlə danışıqlar aparır.
Short URL: http://www.cumhuriyyet.net/?p=130864