Amerikalı senatordan İranın XİN rəhbərinə dəstək
ABŞ hökumətinin Cavad Zəriflə bağlı verdiyi qərar yanlışdır.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu amerikalı senator Dayenn Faynstayn deyib.
İranın XİN rəhbəri ilə artıq 15 ildir tanış olduqlarını bildirən Faynstayn fikir ayrılıqlarına baxmayaraq, Cavad Zərifin peşəkar diplomat olduğunu söyləyib.
“Bu qərar bizi sülhə aparmır, onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdırır”, – deyə senator bildirib.
Qeyd edək ki, ABŞ hökuməti İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə sanksiya tətbiq edib. Zərif xüsusi kateqoriyalı şəxslər siyahısına daxil edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=131152