Soçidə erməniləri kütləvi şəkildə qovmağa başladılar
Soçi Beynəlxalq Hava Limanında erməni soyadlı əməkdaşları kütləvi şəkildə işdən çıxarırlar.
Virtualaz.org bildirir ki, bu açıqlamanı hava limanının əməkdaşları veriblər.
“Biz, “Soçi Beynəlxalq Hava Limanı” ASC-nin kollektivi, kömək üçün sizə müraciət edirik. Müəssisəmizdə ikinci ildir ki, milli əsaslarla kadrların sərt təmizlənməsi həyata keçirilir. Xüsusən də erməni soyadlı işçilər bütün vasitələrlə işdən azad olunurlar”, – deyə erməni saytı news.am həmin açıqlamadan sitat gətirib.
Rusarminfo isə xəbər verir ki, ilk “təmizləmə” qurumun nəqliyyat və aviasiya təhlükəsizlik xidmətlərində “qorxutma və məcburetmə üsulları” və ixtisarlardan istifadə edilməklə 2018-ci ildə başlamışdı. Nəticədə erməni soyadı olan 70-dən çox işçi işdən azad edilmişdi.
Son “təmizləmə” 100 nəfəri əhatə edəcək. Fəhlə yığıncaqlarda erməni əsilli əməkdaşlara, həmçinin rus soyadı daşıyanlara 1 sentyabr 2019-cu ilə qədər işdən könüllü çıxmaları təklif olunub.
İşçilər, Rusiya vətəndaşları və yerli Soçi sakinləri olduqlarını vurğulayaraq xahiş edirlər ki, “Soçi hava limanında ermənilərə qarşı ayrı-seçkilik hallarına son qoyulsun”.
Short URL: http://www.cumhuriyyet.net/?p=131199