Yaponiyada iki nəfər edam edilib

02.08.2019 - 12:12

Yaponiyada ədliyyə naziri Takasi Yamasitanın əmri əsasında iki cinayətkar asılıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Yaponiyanın İctimai Televiziyası xəbər verib.

Asılan şəxslərin kimliyi və digər təfərrüatlar barədə məlumat verilmir.

Qeyd edək ki, hazırki baş nazir Şinzo Abenin vəzifədə olduğu müddətdə 38 nəfər edam edilib. Ötən ilk Yaponiyada “Aum Sinrikö” ekstremist qruplaşmasının 13 üzvü və rəhbəri edam edilib.

Yaponiyanın Vəkillər Assosiasiyası ölkədə cinayətkarların edam edilməsinə son verməyə çağırır. Cinayətkarların asılması yalnız ədliyyə nazirinin yazılı əmrindən sonra icra edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=131275

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728