Robert Kennedinin 22 yaşlı qız nəvəsi vəfat edib

02.08.2019 - 17:47

Prezident Con Kennedinin qardaşı və ABŞ-ın sabiq Baş prokuroru Robert F. Kennedinin 22 yaşlı qız nəvəsi Sirşa Kennedi Hillin cəsədi Massaçusets ştatındakı Hyannis Port iqamətgahında tapılıb.

AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, gənc qızın ölümünü Kape Kod hospitalında da təsdiq ediblər. Bəzi mənbələrin verdiyi məlumata görə, onun ölümünün səbəbi narkotik maddələrin dozadan artıq qəbul edilməsi olub. Sirşa Kennedi Hillin narkotik maddələrdən asılı olduğu və son aylar müalicə edildiyi də bildirilir. New York Times Boston Universitetinin məzunu olan Sirşanın depressiyadan əziyyət çəkdiyini qeyd edib.

Amerika mətbuatı Kennedi ailəsinin bu faciəsini əvvəlki fəlakətlərin davamı kimi qiymətləndirib. Belə ki, Con Kennedinin öldürülməsindən sonra prezident olmaq istəyən qardaşı Robert də 1968-ci ildə sui-qəsd nəticəsində dünyasını dəyişib. Bundan başqa, ailənin bir neçə üzvü də gənc yaşlarında qəza nəticəsində həlak olub. İyul ayında mərhum Prezident Con Kennedinin oğlu Con F. Kennedinin təyyarə qəzasında həlak olmasının ildönümü qeyd olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=131335

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728