Türkiyə vətəndaşı olan hansısa azərbaycanlı “sxodka” keçirmək istədi və…

02.08.2019 - 18:30

Ukraynanın hüquq-mühafizə orqanları Donetsk və Luqansk vilayətlərindən olan kriminal avtoritetlərinin yığıncağının-“sxodkasının” qarşısını alıblar.

Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Donetsk vilayətinin Ukraynanın nəzarəti altındakı Bahmut şəhərindəki kafelərdən birində təşkil edilmiş yığıncağa xüsusi təyinatlılar basqın edib, iştirakçılar nəzarət altına alınıb.

“Sxodka”nı Türkiyə vətəndaşı olan “hansısa azərbaycanlı” təşkil edibmiş. Məqsəd nüfuz bölgüsü və Starobelsk istintaq təcridxanasına “baxıcı” təyin edilməsi məsələlərini müzakirə etmək olub.

Donetsk vilayətinin kriminal polisinin rəisi Artyom Kisko bildirib ki, saxlanılan emissarın-Türkiyə vətəndaşlığı daşıyan azərbaycanlının sonrakı taleyi miqrasiya xidməti ilə birlikdə aydınlaşdırılacaq. Onun Ukraynadan deportasiyası gözlənilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131377

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930