Zelenski bəzi ölkələrlə viza rejimini ləğv edir
Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra ölkələrlə viza rejimini ləğv etmək niyyətindədir.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Prezident bu barədə Ukraynada səhiyyə turizminin inkişafı ilə bağlı keçirilən müşavirədə deyib.
“Biz vətəndaşları müalicə almaq üçün tez-tez Ukraynaya gələn ölkələrin siyahısını hazırlamalı və onu Xarici İşlər Nazirliyinə təqdim etməliyik. Xüsusilə bunu sərhədi keçərkən maneələrlə üzləşən xarici ölkə vətəndaşları üçün etməliyik”, – Zelenski deyib.
Prezident söhbətin hansı ölkələrdən getdiyini açıqlamayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=131542