İmran Xan Trampdan kömək istədi
Pakistanın Baş naziri İmran Xan ABŞ Prezidenti Donald Trampı Hindistanla mübahisəli Kəşmir regionu ilə bağlı aparılan danışıqlarda vasitəçi olmağa çağırıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İmran Xan Tvitter hesabında yazıb.
“Prezident Tramp Kəşmirlə bağlı vasitəçilik təklif etmişdi. Artıq vaxtı çatıb. Çünki hind işğalçı qüvvələrinin yeni aqressiv fəaliyyətləri vəziyyətin gərginləşməsinə səbəb olub. Bu, regional miqyaslı böhran səviyyəsinə qədər böyüyə bilər”, – Xan yazıb.
Qeyd edək ki, Hindistan Xarici İşlər naziri Subramanyan Cayşankar Kəşmir problemini yalnız Pakistanla müzakirə edəcəklərini bildirmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=131616