İran 3 yeni bombanın təqdimatını keçirib

06.08.2019 - 15:02

İranda yeni “Balaban”, “Yasin” və “Qaim” bombalarının təqdimatı keçirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, təqdimat mərasimində İranın Müdafiə naziri general-mayor Əmir Hatəmi və digər rəsmilər iştirak edib.

Ə. Hatəmi bildirib ki, optik ağıllı və hədəfi dəqiq məhv edə bilən bombaların istehsalı İranın gücünü göstərir.

Bildirilib ki, “Balaban” bombası uzaq məsafədə hədəfi vurmaq imkanı yaradan, qatlana bilən qanadlar və eləcə də vurma dəqiqliyini artıra bilən INS&GPS idarə sisteminə sahibdir.

Qeyd olunub ki, “Yasin” bombası 50 kilometr məsafədən hədəfə atıla və onu dəqiq məhv etmə gücünə malikdir, “Qaim” bombası isə müxtəlif növ pilotsuz təyyarələrə, vertolyot və qırıcılara quraşdırıla bilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=131754

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031