ABŞ-da silahların sayı əhalinin sayından çoxmuş – “Die Zeit”

06.08.2019 - 20:51

“Dünyadakı heç bir ölkədə ABŞ-dakı qədər odlu silah yoxdur”.

Musavat.com xəbər verir ki, bu məlumat Almaniyanın “Die Zeit” qəzetinə verilib.

Qəzetin yazıdğına görə, odlu silahlarla bərabər bunlardan ölənlərin də kəmiyyəti artıb.

“Gun Violence Archive” təşkilatının mənbələrinə əsasən, ABŞ-da təkcə bu il odlu silahla 250 hücum gerçəkləşdirilib. Onların hər birində ən az 4 nəfər öldürülüb.

“Cenevrə Beynəlxalq münasibətlər və inkişaf institutunun analizlərinə görə, ABŞ dünyada odlu silahların əhalinin sayından çox olduğu yeganə ölkədir. 2017-ci ildə hər 100 nəfərə burada 120,5 ədəd silah düşüb”,-deyə məqalə müəallifləri Simone Qaul və Annik Emann qeyd edirlər.

Müəlliflərin yazdıqlarına görə, bu da Birləşmiş Ştatlarda silah lobbiçilərinin iddia etdiyinin əksinə atışmalardan ölənlərin sayında artışa səbəb olub.

Картинки по запросу US guns

Silahların yayılması barədə informasiyalar toplayan “Gun Policy” platforması 2017-ci idlə ABŞ-da hər 100 min nəfərdən 12 mininin odlu silahdan öldüyünü göstərib.

“Ümumiyyətlə götürdükdə həmin il 39773 odlu silahla ölüm hadisəsinin əksəriyyətini intiharlar (28854) təşkil edir. Onu 19269 nəfərlə qətl cinayətləri izləyir. Təsadüfən ölüm halları 486 dəfə təsbit olunub. Bundan başqa, polislərin açdığı atəşdən 553 insan həlak olub”,- deyə yazıda vurğulanıb.

Ən maraqlısı isə odur ki, əslində ameriklıların heç də əksəriyyəti odlu silaha malik deyil. 2017-ci il məlumatlarına əsasən, 42% ailənin silah daşıdığı bildirilib.

“Pew Research Center” araşdırma mərkəzini hesbalamalarına görə, bu ailələrin əksəriyyətinin evində ən azı 2 silah var. Harvard və Şimal-Şərq universitetlərinin təsbitlərinə görə, ABŞ-dakı silahların əksəriyyəti əslində əhalinin 3%-nin əlində toplanıb.

Картинки по запросу US guns

Həmin hissədə də çoxluq ağ irqə mənsub vətəndaşlardan ibarətdir. Çikaqo universitetinin 2010-2018-ci illər aralığında apardığı araşıdrmada odlu silah daşıyan ağ ailələr 39,3%, afroamerikalı ailələr isə 18,8% olaraq göstərilib.

“Son 20 ildə ABŞ-da şəxsi mülkiyyət olan silahların sayı dəfələrlə artıb. Harvard və Şimal-Şərq universitetlərinin tədqiqatında göstərilir ki, 1994-cü ildə ABŞ-da 192 milyon ədəd lisenziyalı silah olub. 21 ildən sonra, yəni 2015-ci ildə bu rəqəm 38% artaraq 265 milyon ədədə çıxıb.

Cenevrə Beynəlxalq münasibətlər və inkişaf institutunun məlumatına görə isə, 2017-ci ildə 393 milyon ədəd silah şəxsi mülkiyyətdədir. Lakin burada silahların qeyri-qanuni dövriyyəsi də nəzərə alınıb.

Картинки по запросу US guns

Hindistanda 71,1 milyon silah, Çində 49,7 milyon, Pakistanda 43,9 milyon, Rusiyada 17,6 milyon ədəd silah (qanuni və qeyri-qanuni birlikdə) mövcuddur.

“393 milyonu bu ölkələrlə müqayisə etdikdə görə bilərik k, dünyanın heç bir yerində ABŞ-dakı qədər silaha həris insan yoxdur”,-deyə məqalənin sonunda bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=131783

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728