Atambayevə qarşı əməliyyatda xüsusi təyinatlı döyüşçü ölüb

08.08.2019 - 11:09

Qırğız Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” xüsusi dəstəsinin döyüşçüsünün ölüm faktı üzrə cinayət işi başlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Qırğız Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, “Alfa” xüsusi dəstəsinin döyüşçüsünün ölümü və hüquq-mühafizə orqanları əməkdaşlarının yaralanması faktları üzrə nazirlikdə cinayət işi başlanılıb: “Faktlar Respublika Cinayət Məcəlləsinin “Qətl” və “Qətlə cəhd” maddələrinə əsasən qeydə alınıb.

Hüquq-mühafizə orqanları tərəfindən vətəndaşlara qarşı odlu silahdan atəş açılmayıb. Keçmiş prezident Almazbek Atambayevin evi tərəfdən odlu silah tətbiq edilib”, – deyə mətbuat xidməti vurğulayıb.

Qeyd edək ki, avqustun 7-də Almazbek Atambayevi tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına respublikanın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub.

“Tərəfdarlarım onları konfetə qonaq etmədiyinə görə xüsusi təyinatlılar da daxil olmaqla yaralananlar olduğuna təəssüf edirəm”. – deyə Almazbek Atambayev vurğulayıb.

Onun sözlərinə görə, xüsusi təyinatlılar döyüş silahları da tətbiq edib. Keçmiş prezident bildirib ki, onun tutulması üçün antiterrorçu “Alfa” dəstəsi göndərilib: “Nə mən, nə də dinc sakinlər terrorçu deyilik. Əməliyyat nəticəsində dinc sakinlər arasında yaralananlar var. Yaralıları və ölənləri götürməyə imkan vermədilər. Qırğızlar dizi üstə yaşamayacaq”.

O, Qırğız hakimiyyətinə düşünməyi məsləhət görərək güc strukturlarından atəş açmamağı xahiş edib.

A.Atambayev onun yanında olanlara təşəkkürünü bildirib.

Xatırladaq ki, Almazbek Atambayev Tarix muzeyinin yenidən qurulması, ölkə paytaxtı Bişkekdə İstilik Elektrik Mərkəzinin müasirləşdirilməsi, “qanuni oğru” Əziz Batukayevin azadlığa buraxılması, ev tikmək üçün sahə almaqda ittiham olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=131852

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31