Tramp kütləvi qətliamların olduğu şəhərləri ziyarət edəcək

08.08.2019 - 19:49

ABŞ prezidenti Donald Tramp çərşənbə günü ötən həftə kütləvi qırğın nəticəsində ümumilikdə 31 nəfərin öldürüldüyü Ohayo ştatının Deyton və Texasın El Paso şəhərlərini ziyarət edir. Bu şəhərlərin çox sayda sakini prezidentin ritorikasını bu cür zorakılıqlara gətirib çıxarmaqda günahlandırır və onun şəhərlərini ziyarət etməməyə çağırır.

Ağ Evin sözçüsü Hoqan Gidli çərşənbə axşamı deyib ki, Trampın bu şəhərlərə səfəri onun digər şəhərlərdəki kütləvi qırğınlardan sonra etdiyi səfərlərinə bənzəyəcək. Belə ki, prezident və birinci xanım ilk yardım işçiləri ilə görüşəcək, habelə qurbanların ailələri və sağ qalanlarla vaxt keçirəcək.

Lakin Trampın səfərindən öncə bəzi insanlarda prezidentin təhrikedici ritorikasının bu icmalarının yaşadıqları ağrıları yüngülləşdirəcəyinə dair şübhə yaranıb.

Sakinlərinin əksəriyyətinin ispandillilərdən ibarət olan El Paso şəhərində 22 nəfər öldülürüb. Orada bəziləri prezidentin anti-immiqrasiya ritorikası səbəbilə onun şəhərə gəlməsini istəmir.

“Bu, immiqrantlar, bizim kimi bütün immiqrantlara qarşı hörmətsizlikdir. Təkcə amerikalılar yox, bütün immiqrantlara qarşı, çünki o bizim onun torpağını zəbt etdiyimizi düşünür, amma bu belə deyil, biz bura firavanlıq üçün, işləmək və ailəmiz üçün mübarizə aparmaq üçün gəlmişik” – deyə, El Paso sakini Arturo və Rozi Seniseroslar bildirib.

Başqaları isə Trampın bu şəhərləri ziyarət etməsindən məmnundur.

“Bilirəm ki, şəhərimizdə onun gəlməyini istəməyənlər var. Amma mən şəxsən şadam ki, o gəlir. Onun vaxt ayırıb, bura gəlib, el pasolularla danışmağı mənim üçün çox şey deməkdir”, El Paso sakini Nikol Hyus bildirib.

Bazar günü atışma nəticəsində doqquz nəfərin öldürüldüyü Deytonda şəhərin demokrat meri Nan Ueyli deyib ki, o, prezidenti xoş qarşılayacaq, amma onun atışmadan sonra söylədiklərini anlamaqda çətinlik çəkir.

“Mən prezident Trampın ağlında nə var bilmirəm. Mən sadəcə ümid edirəm ki, Birləşmiş Ştarların prezidenti olaraq o, bura icmamıza dəyər vermək üçün gəlir və icmamızın da buna ehtiyacı olduğunu dərk edir”, Ueyli söyləyib.

Prezident Tramp bazar ertəsi bu faciələrlə bağlı çıxışında kütləvi qətliamlara bir neçə şeyin səbəb olduğunu və bu səbəblər arasında əqli xəstəlik və şiddətli video oyunlarının olduğunu deyib. Lakin o, ABŞ-da silahlara, xüsusilə də hücum silahlarına asan çıxış barədə heç nə deməyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131918

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2019
BE ÇA Ç CA C Ş B
« İyl    
 1234
567891011
12131415161718
19202122232425
262728293031