Paytaxtda, “prezident trasında” qəzaya düşən sportkar kimindir…

08.08.2019 - 19:59

Özbəkistanın paytaxtı Daşkənddə avqustun 6-da axşam saatlarında baş vermiş qəza sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib.

Virtualaz.org “Azadlıq” radiosunun özbək xidmətinə istinadən xəbər verir ki, paytaxtın “Müstəqillik” küçəsində, yaxud “prezident trasında” baş vermiş qəza zamanı üç maşın toqquşub, ölən və ya yaralanan olmayıb.

Sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edən isə qəzaya düşən maşınlardan biri-Nissan GT-R R35 markalı , ağ rəngli sportkar olub. Çünki həmin markalı və həmin rəngli maşını bundan əvvəl prezident Şövkət Mirziyoyevin ailə üzvlərinin sosial şəbəkələrdə yerləşdirdikləri ailə fotolarında görmüşdülər.

Şahidlərin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları sürətlə hadisə yerini əhatəyə alıblar və yolu qəzaya dair bütün izlərdən təmizləyiblər. Hadisə yerində qara rəngli “Mercedes SUV” avtomobili də görünüb.

Nissan GT-R R35 markalı sportkarın qiyməti 115 min dollardan başlayır və həmin model avtomobili Daşkənd küçələrində nadir hallarda görmək olar.

Təhlükəsizlik xidmətinin iki əməkdaşı anonimlik şərti ilə bildirib ki, “prezident trasında” qəza “təhlükəsizlik xidmətinin yüksək rütbəli əməkdaşlarından birinin” gühanı üzündən baş verib.

Mənbələrdən biri deyib ki, avtomobil fitnes-klubdan çıxaraq böyük sürətlə Mirzə-Uluqbəy küçəsindəki çayxanaya tərəf şütüyüb, bu zaman qəza baş verib. Ehtimal edilir ki, prezident ailəsinə məxsus avtomobili təhlükəsizlik xidmətinin əməkdaşlarından biri idarə edirmiş.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131925

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2019
BE ÇA Ç CA C Ş B
« İyl    
 1234
567891011
12131415161718
19202122232425
262728293031