RUSİYANI TÜSTÜ VƏ SU BOĞUR – Hökumət acizdir (VİDEO)

10.08.2019 - 18:11

Rusiyada artıq 1 aydan çoxdur davam edən meşə yanğınlarının yaratdığı tüstü qatı artıq Arktikaya çatıb.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Arktika zonasında, Şimal Buzlu okeanın sahillərində yerləşən azsaylı yaşayış məntəqələri həyəcan təbili çalırlar.

Xeta və Xatanqa qəsəbələrində yerli əhali sıx tüstü qatından, onun yaratdığı qoxudan boğulduqlarını bildirir. Digər tərəfdən də havanın temperaturunun yüksəlməsi və boğucu istilər burada yaşayışı mümkünsüz hala gətirib. İnsanlar tüstü qatından Günəşin görünmədiyini bildirirlər.

Qeyd olunur ki, Sibir ərazisində baş vermiş yanğınların tüstüsü tarixdə heç vaxt bu qədər uzaq məsafələrə yayılmayıb və okeanın sahillərinə çatmayıb. O da bildirilir ki, yuxarıda adı çəkilən yaşayış məntəqələri Krasnoyarskdan təxminən 2000 kilometr şimaldadır.

İrkutsk, Krasnoyarsk, Yakutsk və digər regionları əhatə edən yanğının sahəsi 3 milyon hektarı keçib ki, bu da təxminən Portuqaliya boyda ərazi deməkdir. Bununla yanaşı, meşə yanğınları davam etməkdə, yanan ərazilər böyüməkdədir. Məlumat verilir ki, yanan 3 milyon hektarın 2.7 milyon hektar ərazisi keçilməsi çətin olan ərazilərdir. Həmin ərazilərdə yanğınsöndürənlərin fəaliyyəti demək olar ki, mümkünsüzdür. Hazırda yalnız 80 min hektarlıq ərazidə yanğının söndürülməsinə cəhd edilir. Yanğın ərazisi o qədər böyükdür, onu kosmosdan da müşahidə etmək mümkündür. Artıq bir neçə regionda fövqəladə vəziyyət elan olunub.

Yanğınlarla paralel həmin ərazidə, xüsusilə də İrkutskda güclü daşqınlar müşahidə olunur. Çoxlu sayda yaşayış məntəqələri suyun altında qalıb. Yollar, körpülər sıradan çıxıb. Təkcə İrkutskda 1000-dən çox insan evakuasiya edilib. Daşqınlar bir müddət səngisə də, çayların səviyyəsinin yenidən qalxmağa başladığı bildirilir.

Daşqınlar nəticəsində evsiz qalan əhaliyə maddi yardım edilsə də, sakinlər hökumətin fəaliyyətindən və yardımın miqdarından narazıdır. Ümumiyyətlə, hökumətin təbii fəlakətlə mübarizəsi qeyri-kafi qiymətləndirilir və istər hökumətin, istərsə də Vladimir Putinin fəaliyyətindən narazılıq günü-gündən artır. Artıq İrkutsk, Novosibirsk və digər şəhərlərdə çoxsaylı olmasa da, etiraz aksiyaları keçirilir. Bu aksiyalar Moskva Dumasına seçkilərlə bağlı mitinqlərdəki həbslərə etiraz etmək üçün təşkil olunsa da, ümumilikdə hakimiyyətin fəaliyyətindən narazılıqlar da ifadə olunub.

Rusiyada siyasi təhlilçilər hesab edirlər ki, hökumətin təbii fəlakətlər qarşısında acizlik göstərməsi və fəlakətdən zərər çəkən əhalinin mənzil, eləcə də digər sosial problemlərini lazımi səviyyədə həll edə bilməməsi bütünlükdə hakimiyyətin, eləcə də şəxsən Putinin onsuz da yüksək olmayan reytinqini bir qədər də aşağı salır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131996

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2019
BE ÇA Ç CA C Ş B
« İyl    
 1234
567891011
12131415161718
19202122232425
262728293031