İranın xarici işlər naziri Yaponiyaya gedir

19.08.2019 - 16:47

Avqustun sonlarında İranın Xarici işlər nazirinin Yaponiyaya səfəri gözlənilir.

Bir sıra diplomatik mənbələr Məhəmməd Cavad Zərifin Asiya ölkələrinə səfəri çərçivəsində Yaponiyanı da ziyarət etməsi üçün son hazırlıq işlərinin görüldüyünü bildirirlər.

Qeyd edilir ki, iranlı nazir artıq Yaponiyanın Baş naziri Şinzo Abe və Xarici işlər naziri Taro Kono ilə görüş üçün müraciət edib. Həmin görüşlərdə İran körfəzində gərginliyin artması ilə bağlı İranın mövqeyinin bildiriləcəyi gözlənilir.

Güman edilir ki, M.C.Zərif İranın ABŞ-ın Hörmüz boğazında təhlükəsizliyin təmini ilə bağlı dəniz koalisiyasının yaradılmasına qarşı olduğunu da qeyd edəcək. Həmçinin bu hərəkətin onun ölkəsinə qarşı düşmənçilik olduğunu və regionda gərginliyi artırdığını vurğulayacaq.

Qeyd edilir ki, İran nümayəndəsi bununla ənənəvi dostluq əlaqələrinə malik olduğu Yaponiya ilə qarşılıqlı anlaşmağa çalışacaq. Eyni zamanda, İran tərəfi ciddi addımlar atacağı təqdirdə Yaponiyanın mövqeyini də dəqiqləşdirmək niyyətindədir.(AzərTAc)

Short URL: http://www.cumhuriyyet.net/?p=132088

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31