Yəməndə hava hücumu nəticəsində 50 nəfər ölüb
Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın həbsxanaya endirdiyi hava zərbələri nəticəsində ən azı 50 hərbi əsir ölüb.
“Report” xəbər verir ki, bu barədə məlumatı “Sınxua” agentliyi “Ənsar Allah” hərəkatının (husilər) bəyanatına istinadən yayıb.
Hadisə Damar əyalətinin mərkəzində baş verib.
“Reuters” agentliyinin məlumatına görə, koalisiya qüvvələri 6 aviazərbə endirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=132180