Makron İran neftinın alışı üçün yeni təklif irəli sürüb

02.09.2019 - 15:59

makronFransa prezidenti Emmanuel Makron İran neftinin ABŞ sanksiyalarına baxmayaraq ixracatını dəstəkləməyə yönələn təklif irəli sürüb. 

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, İran parlamenti sədrinin müavini Əli Mütəhərriyə görə, həmin təklif İran neftinin ilkin alışı üçün istifadə olunacaq və üç dəfəyə ödənəcək 15 milyard dollarlıq kredit xəttinin ayrılmasını nəzərdə tutur.
Bunun müqabilində İran tərəfinə ölkəninnüvə proqramına dair Müştərək Əhatəli Planla bağlı öhdəliklərinin üçüncü mərhələ ixtisarından daşınmaq təklif olunur. Neft ixracatı üçün şəraitin təmin olunması İranın sözügedən planda iştirakına davam etməsi üçün irəli sürdüyü başlıca şərtlərdəndir.
Fransa prezidentinin bu təklifini müzakirə etmək üçün İran prezidentinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Abbas Əraqçının başçılıq etdiyi nümayəndə heyəti Parisə yola düşüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=132239

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31