“Barselona”nın futbolçusu Azərbaycana gəlmək istəmədi
Xorvatiya millisinini futbolçusu İvan Rakitiç sentyabrın 9-da AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla səfər oyunu üçün Bakıya gəlməyəcək.
“Report” “Jutarnji List”ə istinadən xəbər verir ki, İspaniyanın “Barselona” komandasının yarımmüdafiəçisi özünü psixoloji cəhətdən hazır saymadığı üçün daha öncə açıqlanan heyətdən çıxarılmasını istəyib.
“Barselona”dan ayrılması gündəmdə olan Rakitiçin hazırda bütün fikrini özünə yeni klub tapmağa cəmlədiyi vurğulanır. Onun xidmətində Fransanın PSJ və İtaliyanın “Yuventus” klubları maraqlı olduğu deyilir.
Qeyd edək ki, Xorvatiya yığması sentyabrın 6-da Slovakiy, 3 gün sonra isə Azərbaycan millisinin qonağı olacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=132240