Məhkəmə sabiq prezidentin inşa etdirdiyi məscidi müsadirə edib

03.09.2019 - 10:41

 

Bişkekin Pervomayski Rayon Məhkəməsi sabiq prezident Almazbek Atambayev tərəfindən inşa edilən məscidi müsadirə edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Baş Prokurorluğunun mətbuat xidməti bildirib.

Mətbuat xidmətinin məlumatına görə, Hərbi Prokurorluq tərəfindən sabiq prezidentə qarşı cinayət işinin istintaqı zamanı “7 aprel qəhrəmanları” məscidinin Atambayev tərəfindən tikildiyi müəyyən edilib. Onun yerləşdiyi ərazi isə əslində Atambayevə məxsus olan “Forum” tədqiqat və istehsal şirkəti tərəfindən qeydiyyata alınıb.

Baş Prokurorluq bildirib ki, məscidin tikilməsi üçün istifadə olunan vəsaitin mənbələri araşdırılır.

Qeyd edək ki, Qırğızıstanın sabiq prezidenti Atambayevin həbs olulnması üçün avqustun 6-da xüsusi əməliyyat keçirilib və avqustun 8-də o saxlanılıb.

Məhkəmə onun oktyabrın 26-dək həbsdə qalması ilə bağlı qərar çıxarıb.

Almazbek Atambayev dövlət çevrilişi həyata keçirməyi planlaşdırmaqda ittiham olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=132280

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31