Nikolay Patruşev sabah Azərbaycana gələcək
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana gələcək.
“Report” TASS-a istinadən xəbər verir ki, səfərdə məqsəd Rusiya və Azərbaycan arasında təhlükəsizlik üzrə məsləhətləşmələr aparmaqdır.
“Sentyabrın 4-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər edəcək. O, Bakıda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və bir sıra nazirlik və idarələrinin nümayəndələri ilə Rusiya-Azərbaycan təhlükəsizlik müşavirələri keçirəcək”, – Rusiya Təhlükəsizlik Şurasının Mətbuat xidmətinin açıqlamasında bildirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=132306