ABŞ Çin mallarına rüsumu 15 faiz qaldırdı – ŞİKAYƏT

03.09.2019 - 14:00

abs cin«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarına (ABŞ) Çindən idxadl olunan məhsullara əlavə idxal rüsumunun tətbiqi sentyabrın əvvəlindən qüvvəyə minib. Yeni qaydaya görə,112 milyard dollarlıq Çin məhsulu 15 faiz rüsuma məruz qoyulacaq. Bundan əvvəl həmin həcmli məhsullar 10 faiz dərəcəsi ilə ABŞ-a idxal olunurdu.

Rüsum artıq Çində istehsal olunmuş paltar və ayaqqabı məhsullarının yarıdan çoxunu əhatə edir. Bununla əlaqədar olaraq, həmin məhsulların satış qiyməti də qalxa bilər.

KİV-lərin yaydığı məlumata görə, bunun qarşılığında Çinin Ticarət Nazirliyi (TN) ABŞ-a qarşı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) iddia ərizəsi göndərib.

Nazirlikdə qeyd ediblər ki, ABŞ tərəfindən vergiyə cəlb etmə tədbirləri «iki ölkə başçısının görüşündə Osakada əldə olunmuş konsensusla» ciddi şəkildə zidiyyət təşkil edir və Çin buna qəti etirazını bildirir.

«Çin tərəfi özünün qanuni maraqlarını ÜTT-nin müvafiq qaydalarına uyğun olaraq, qəti şəkildə qoruyacaq, çoxtərəfli ticarət sistemini və beynəlxalq ticarət qaydalarını qətiyyətlə müdafiə edəcək» – Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında belə deylir.

Short URL: http://www.cumhuriyyet.net/?p=132327

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31