İran 20 faizədək təmizlənmiş uran əldə edə bilər

03.09.2019 - 17:53

iranİran iki gün ərzində 20 faiz səviyyəsində uranın təmizlənməsinə nail ola bilər.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İran Nüvə Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi bildirib.

20 faizlik uran nüvə silahı istehsalı üçün zəruri olan 90 faizlik təmizlənməyə çatmaq üçün ara mərhələ hesab olunur.

2015-ci ildə İranla altı vasitəçi ölkə olan ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya tərəfindən İran nüvə proqramına dair qəbul olunmuş Müştərək Əhatəli Plan İranın 15 il ərzində uranı 3,67 faizədək təmizləyəcəyini, təmizlənmiş uran ehtiyatının 300 kiloqramdan artıq olmayacağını, artıq miqdarının isə bazar qiymətinə satılaraq uran filizi müqabilində ixrac olunacağını nəzərdə tuturdu.

ABŞ bu razılaşmanı ötən ilin may ayında birtərəfli qaydada çıxaraq İrana qarşı sanksiyalar tətbiq edib. Bundan 12 ay sonra İran hökuməti də ABŞ-ın sözügedən addımına cavab olaraq planın bir sıra müddəalarından çəkildiklərini açıqlayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=132365

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31