Ermənistanın balıq məhsullarının Rusiyaya tədarükü məhdudlaşdırılıb

04.09.2019 - 17:58

Sentyabrın 5-dən etibarən Ermənistanın “Qoyteks” müəssisəsinin məhsullarının Rusiyaya tədarükü məhdudlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı məlumatı Rusiyanın “Rosselxoznadzor” qurumunun mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, erməni müəssisənin istehsal etdiyi məhsullar Avrasiya İqtisadi Birliyi və Rusiya Federasiyasında olan baytarlıq-sanitar tələblərinə cavab vermir və bu səbəbdən sentyabrın 5-dən etibarən Ermənistanın “Qoyteks” müəssisəsinin istehsalı olan bütün məhsulların ölkə ərazisinə tədarükü müvəqqəti olaraq məhdudlaşdırılır. “Rosselxoznadzor” əlavə edib ki, Ermənistandan göndərilən balıq məhsullarında yaşıl malaxit aşkar edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=132452

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31