Baş nazirin qardaşı istefa verib

05.09.2019 - 15:19

8eb5077b-3f50-4536-a65a-45e3a77cafa4Böyük Britaniyanın baş naziri Boris Consonun qardaşı Co Conson dövlət naziri vəzifəsindən istefa verib.

“Report” “Hurriyet”ə istinadən bildirir ki, o, vəzifəsindən ayrılmaqla bağlı qərarını “Twitter” sosial səhifəsində açıqlayıb.

C.Conson istefasının səbəbini ailə ilə milli maraqlar arasındakı seçimlə əsaslandırıb.

Qeyd edək ki, Cozef Edmund “Co” Conson 1971-ci il dekabrın 23-də Londonda anadan olub. 2010-cu ildən parlamentin üzvüdür. 2015-2018 və 2019-cu ildə universitetlər və elmi işlər üzrə kiçik nazir vəzifəsində işləyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=132513

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31