Həbsdə olan futbolçular azadlığa buraxılıb -RUSİYADA

06.09.2019 - 11:38

Rusiyanın “Zenit” klubunun hücumçusu Aleksandr Kokorin və “Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayev azadlığa buraxılıb.

APA-nın məlumatına görə, məhkəmə futbolçuların vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı müraciətini müsbət cavablandırıb.

A. Kokorinin qardaşı Kirill də azadlığa buraxılıb. Məhkum olunanlar Belqorod vilayətindəki koloniyanı 10 gündən sonra, məhkəmənin qərarı qüvvəyə minəndə tərk edəcəklər.

Qeyd edək ki, ötən il oktyabrın əvvəlində A. Kokorin, P. Mamayev və K. Kokorin, həmçinin onların dostu Aleksandr Protasovitski Moskvadakı iki davada iştirak edib. Nəticədə məmur Denis Pak, sürücü Vitali Solovçuk və “NAMİ”nin baş direktoru Sergey Qaysan xəsarət alıb. Mayın 8-də keçirilən məhkəmədə Kokorin qardaşlarına 1 il 6 ay, digərlərinə 1 il 5 ay həbs cəzası verilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=132558

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31