ABŞ ilə Çin arasında ticarət müharibəsinin fəsadları açıqlanıb

06.09.2019 - 13:20

Donald Trump,Xi JinpingABŞ ilə Çin arasında ticarət müharibəsinin yaratdığı qeyri-müəyyənlik nəticəsində dünya iqtisadiyyatının gələn ilin əvvəlindəki zərəri 850 milyard dollara çata bilər.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FRS) ekspertlərinin araşdırmasına görə, ticarətdəki qeyri-müəyyənlik “70-ci illərdən etibarən görünməmiş dərəcə”yə çatıb.

Bunun nəticəsində iqtisadi fəallığın da azalacağı, müəssisələrin sərmayələrin həcmini və istehsalı azaltdığı qeyd olunur.

Ekspertlərin qənaətincə, ticarət müharibəsinin dünya miqyasındakı fəsadları ÜDM-in 1 faizi qədər, yəni 850 milyard dollar səviyyəsində olacaq (ABŞ-ın hazırkı ÜDM-si 20 trilyon, dünyanın məcmu ÜDM-si isə 85 trilyon dollar məbləğində qiymətləndirilir).

Qeyd edək ki, ABŞ hökuməti bu aydan etibarən 300 milyard dollarlıq Çin mallarına rüsumları 15 faiz qaldırıb, oktyabrın 1-dən isə 250 milyard dollarlıq başqa mallara isə rüsumlar 30 faiz olacaq. Cavab olaraq Çin hökuməti də 75 milyard dollarlıq ABŞ mallarına 10 faizlik rüsum tətbiq edib, dekabrın 15-dən isə rüsumlar daha 5 faiz artırmaqla ABŞ avtomobillərinə və hissələrinə rüsumlar müvafiq olaraq 25 faiz və 5 faiz artırılacaq. Oktyabr ayında Vaşinqtonda tərəflər arasında yeni danışıqlar nəzərdə tutulur.

Short URL: http://www.cumhuriyyet.net/?p=132582

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31