Rusiyada seçkilərin ilkin nəticələri açıqlanıb

09.09.2019 - 12:43

135d75fc521ab69Rusiyada sentyabrın 8-də keçirilmiş seçkilərin ilkin nəticələri açıqlanıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya vətəndaşları dünən keçirilən seçkilərdə 17 regionun rəhbərini seçiblər.

Onlardan 16-nı bir başa səsvermə ilə, İnquşetiya respublikasında isə rəhbəri parlament seçib. İndiyə kimi bu vəzifəni icra edən Mahmud-Ali Kalimatov bu regionun başçısı seçilib. Daha 10 regionun da başçısının adı məlum olub. Onlardan biri Rusiyanın şimal paytaxtı olan Sankt-Peterburq şəhəridir. Rusiya Mərkəzi Seçki Komissiyasındna verilən məlumata əsasən, Sankt-Peterburqun qubernatoru vəzifəsini icra edən əslən bakılı Aleksandr Beqlov 64,54 faiz səslə irəlidədir. Bu şəhərdə artıq seçki protokollarının 97,63 faizinin sayıldığı bildirilib.

Bundan başqa, Kursk vilayəti, Altay Respublikası, Kurqan vilayəti, Volqoqrad vilayəti, Həştərxan vilayəti, Başqırdıstan Respublikası, Zabaykalie və Stavropol dairələrinin və Çelyabinsk vilayətinin rəhbərləri də məlum olub. Adı çəkilən regionların əksəriyyətində “Vahid Rusiya” partiyasının namizədləri qalib gəlib.

Rusiya MSK Moskva şəhər Dumasına keçirilən seçkilərin ilkin nəticələrini də açıqlayıb. Seçki protokollarının artıq 99,47 faizinin sayıldığı bildirilib. 45 deputat kürsüsü uğrunda mübarizədə 26 yeri bitərəflər qazanıb. Kommunist Partiyası 14 yer, “Yabloko” və “Ədalətli Rusiya” partiyaları isə hərəsi 3 yer qazanıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=132700

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31