NATO-nun keçmiş baş katibinin fikirləri Gürcüstanda narazılıq doğurub

10.09.2019 - 16:32

faa75868-e785-40b4-b6ec-57274f94cf97NATO-nun keçmiş baş katibi Andres Foq Rasmussenin Tbilisidə keçirilən “İndi nə?” beynəlxalq konfransda səsləndirdiyi bəzi fikirlər Gürcüstanda narazılıqla qarşılanıb.
“Report”un yerli bürosunun xəbərinə görə, A.F.Rasmussen tədbirdə çıxışı zamanı bildirib ki, Gürcüstanda ölkənin Abxaziya və Cənubi Osetiya bölgələri olmadan NATO-ya üzvlük məsələsi müzakirə olunmalıdır.
NATO-nun sabiq baş katibinin fikirlərinə münasibət bildirən parlament çoxluğunun rəhbəri Gia Volski bildirib ki, istənilən beynəlxalq təşkilat Gürcüstanı beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində qəbul etməlidir.
O deyib ki, Gürcüstanın Abxaziya və Cənubi Osetiyasız NATO-ya üzvlüyü məsələsi qəbuledilməzdir.
Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İrakli Sesiaşvili öz növbəsində ölkənin NATO-ya birmənalı şəkildə Abxaziya və Cənubi Osetiya bölgələri ilə birgə üzv olacağını deyib.
O qeyd edib ki, Gürcüstanın ərazi bütövlüyünü NATO, Avropa İttifaqı və əksər dövlətlər tanıyır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=132801

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
« Avq    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30