Türkiyədəki partlayışla bağlı iki vəzifəli şəxs saxlanılıb

13.09.2019 - 12:14

265d7b47db50c39Türkiyənin Diyarbəkir vilayətində 7 nəfərin ölümü ilə nəticələnmiş terror hadisəsi ilə bağlı 2 nəfər vəzifəli şəxs saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, vilayətin Kulp rayonunda törədilən partlayışla əlaqədar saxlanılan şəxslər Xalqların Demokrat Partiyasının (HDP) rayon təşkilatının sədri və rayon bələdiyyəsinin şöbə müdirləridir. Hadisədə iştirakda şübhəli bilinən daha iki nəfərin axtarışı isə davam edir. Həmin şəxslərin partlayışda az əvvəl hadisə yerində olduğu bildirilib.

Qeyd edək ki, Diyarbəkirdə fəhlələri daşıyan mikroavtobusun partladılması nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=132949

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31