ABŞ-da 22 il əvvəl itkin düşmüş şəxsin cəsədi “Google” vasitəsilə tapılıb

14.09.2019 - 13:10

22 il əvvəl itkin düşmüş ABŞ-ın Florida ştatının sakini, 40 yaşlı Uilyam Moldtun cəsədi təsadüf nəticəsində “Google Earth” xidməti vasitəsilə aşkar olunub.

U.Moldtla 1997-ci ildən bəri əlaqə yaratmaq mümkün olmayıb. Onun axtarışları da nəticə vermədiyindən itkin düşmüş hesab edilib.

Bu ilin avqust ayının sonlarında Leyk-Uort şəhərinin sakinlərindən biri “Google” xəritə proqramı vasitəsilə təsadüfən öz evinin yaxınlığındakı gölməçədə batmış avtomobili görüb. Bu barədə o, polisə də məlumat verib.

Avtomobil gölməçədən çıxarılıb və içərisində insan skeleti aşkar olunub. Bir həftəlik ekspertiza müayinəsindən sonra skeletin itkin düşmüş Moldta aid olduğu üzə çıxıb.

Polisin ehtimalına görə, U.Moldt avtomobilin idarəetməsini itirib və onu gölməçəyə salıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=133018

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930