Türkiyə ard-arda 2 dəfə silkələndi
Türkiyənin Çankırı şəhərində üç dəqiqə fasiləylə iki dəfə zəlzələ baş verib.
“Hürriyet”in xəbərinə görə, zəlzələlər 4,7 və 4,8 bal gücündə olub. Zəlzələlər Türkiyə vaxtilə saat 09:00 və 09:03-də qeydə alınıb.
Zəlzələ Ankara və digər şəhərlərdə də hiss edilib. Hadisə nəticəsində dağıntılar və xəsarət alanlar olmayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=133031