İtaliyanın neft emalı zavodunda partlayış olub

17.09.2019 - 12:02

1971c1b5-6b60-4b07-a8d8-a38b17ae8abfİtaliyanın şimal-şərqindəki Sannadzaro de Burqondi şəhərindəki “Eni” neft emalı zavodunda (NEZ) güclü partlayış olub.

“Report” TASS-a istinadən xəbər verir ki, tüstü hadisə yerindən bir neçə kilometr aralıdan belə görünür.

Yerli meriyadan verilən məlumata görə, insident nəticəsində heç kim xəsarət almayıb. Hadisə yerində yanğınsöndürənlər çalışırlar.

“Eni” özü də yoxlamalar aparır və vəziyyətin nəzarət altında olduğunu bildirir.

Xüsusi xidmət orqanları artıq hadisə bölgəsindəki atmosfer göstəricilərinin monitorinqinə başlayıb.

Partlayışın səbəbləri araşdırılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=133156

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31