Cənubi Azərbaycanın milli lideri İran məhkəməsini ittiham edib

18.09.2019 - 16:59

lisaniTuran agentliyinin məlumatına görə, Cənubi Azərbaycan mili hərəkatının liderlərindən biri olan Abbas Lisani Ərdəbil şəhərində keçirilən apellyasiya məhkəməsində İrandakı milli ayrı-seçkilik siyasətinin 100 ildən bəri davam etdiyini gündəmə gətirərək prokurora və məhkəmə sədrinə ağır ittihamlar yönəldib.

Ərdəbil inqilab məhkəməsinin 1-ci şöbəsində Abbas Lisaninin vəkillərininin verdiyi şikayət ərizəsinə baxılarkən şəhərin yeni prokuroru Lisaniyə daha əvvəl verilən 8 illik həbs cəzasının artırılmasını tələb edib.

Məhkəmənin son söz verdiyi Abbas Lisani deyib: “Hökm ömür boyu və hətta edam da olsa, öz fikirlərimdən zərrə qədər də vaz keçmərəm. Əgər həqiqətən ədalətiniz varsa, bu qapıları açın, xalq və dünya bu məhkəməni görsün. Azərbaycan milli hərəkatı göbələk kimi yerdən çıxmayıb. Ən azı 1 əsrdən bəri Türk millətinə qarşı həyata keçirilən zülmün və ayrı-seçkiliklərin nəticəsində meydana çıxıb. Buna görə hər bir Azərbaycan Türkü bu ayrı-seçkiliyə öz reaksiyasını demokratik yollardan göstərməkdə tamamilə haqlıdır. Azərbaycan bizimlə və ya bizsiz, mütləq azad olacaqdır”.

Apellyasiya məhkəməsi hökmün oxunacağına dair hər hansı tarix elan etməyib.

Abbas Lisani milli ideyaları müdafiə etdiyinə görə İran məhkəmələri tərəfindən dəfələrlə həbs cəzasına məhkum edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=133259

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930