Liberiyada 30 uşaq məktəbdə yanaraq ölüb
Qərbi Afrika ölkələrindən olan Liberiyada orta məktəbdə güclü yanğın olub.
APA-nın xəbərinə görə, Paynesville şəhərində qeydə alınan yanğın nəticəsində 30 ibtidai sinif şagirdi yanaraq ölüb. Müəllimlər arasında da ölənlərin olduğu bildirilir.
Liberiya Prezidenti, məşhur futbolçu olmuş Corc Vea özünün “Twitter” hesabında ölən uşaqların ailələrinə başsağlığı verib.
Short URL: http://www.cumhuriyyet.net/?p=133261