Ermənistanın polis rəisi istefa verib

18.09.2019 - 17:27

091800021783Ermənistanın polis rəisi Valeri Osipyan baş nazir Nikol Paşinyan ilə ağır söhbətdən sonra istefa barədə ərizə verib. Bu haqda sentyabrın 18-də səhər bəzi KİV bildirib.

Bir gün öncə Təhlükəsizlik Şurasının iclasında baş nazir polisdən fəallar tərəfindən bağlanmış Amulsar qızıl yatağına gedən yolun açılmasını tələb edib.

Osipyan əməliyyatın sakit keçəcəyinə şübhə ilə yanaşdığını bildirib və güc tətbiqinin təhlükəli olduğunu deyib.

Bunun cavabında Paşinyan deyib ki, əgər polis rəisi bunu etmək iqtidarında deyilsə, əməliyyat ilə polis qoşunları komandanı Vaqe Karazyan məşğul olacaq.

Yüksək tonda danışıq Osipyanın istefa ərizəsi verməsi ilə nəticələnib.

Xatırladaq ki, bir gün öncə Paşinyanın yanında Milli Təhlükəsizlik Şurasının rəhbəri Vanesyanla da oxşar münaqişə baş verib və o da istefa verib. Rəsmi məlumatda o, hakimiyyəti səriştəsizlikdə və dövlət səviyyəli məsələləri həll edə bilməməkdə ittiham edib. (Turan)

Short URL: http://www.cumhuriyyet.net/?p=133263

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31