“Airbus” işçiləri Almaniyada sənaye casusluğunda şübhəli bilinirlər

19.09.2019 - 12:16

a385d3e0-1dd5-4506-a8fd-f2ee66fd69eaMünhen Prokurorluğu əllərində Almaniya Silahlı Qüvvələrinin gizli kommersiya sənədləri olan “Airbus” konserninin bir neçə işçisi barədə araşdırma aparır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, sənəddə Bundesverin almağa hazırlaşdığı avadanlıq göstərilib. O cümlədən konsernə Almaniya Silahlı Qüvvələrinin hansı rabitə sistemini almaq istədiyi də məlum olub.

Bildirilir ki, belə sənədlərin aşkar olunması barədə şirkət özü prokurorluğa və Almaniya Müdafiə Nazirliyinin nümayəndələrinə məlumat verib.

“Nəticədə şirkət qalmaqalda adı hallanan 20-yə yaxın əməkdaşını işdən azad edib. Bundesver də öz növbəsində, hərbçilərdən birinə qarşı intizam tədbirləri görüb”, – məqalədə deyilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=133286

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31