“Türkiyə boş vədlərdən boğaza qədər doyub!” – Ərdoğan ABŞ və Aİ-ni qınadı

19.09.2019 - 17:11

erdoganTürkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, Ankara Suriyanın şimal-şərqində antiterror əməliyyatına başlamağa hazırdır. Hazırkı anda burada Amerika Birləşmiş Ştatları (ABŞ) ilə birgə və dəyişən uğurla təhlükəsizlik zonası yaradılır.

«Əgər Türkiyə iki həftə ərzində ABŞ-la birlikdə Suriyada təhlükəsizlik zonası məsələsində konkret nəticələr əldə edə bilməsə, o zaman Ankara təkbaşına fəaliyyət göstərməə başlayacaq» – deyə, Türkiyə lideri xəbərdarlıq edib («Anadolu»).

Ərdoğanın sözlərinə görə, Ərəfatın şərq rayonlarını «təhlükəsizlik zonası»na çevirməklə, orada həm Türkiyədəki, həm də Avropadakı Suriya qaçqınlarını yerləşdirmək olar. Həmin «zona»nın ölçülərindən asılı olaraq – söhbət 2-3 milyon insandan gedir – qaçqınların böyük qismini vətən torpaqlarında məskunlaşdırmaq olar.

Türkiyə lideri həm də bəyan edib ki, Ankara həm İdlibəki vəziyyətlə, həm də Ərəfatın şərqindəki ərazilərlə bağlı Avropa ölkələrindən daha böyük dəstək gözləyir.

«Türkiyə boş vədlərdən boğaza qədər doyüb» – deyə, Ərdoğan qeyd edib.

Prezident xatırladıb ki, hazırda Türkiyədəki qaçqınların sayı 3,6 milyon nəfərə çatıb. «Oxşar vəziyyət dünyanın heç bir ölkəsində yoxdur. Deməli, yaxın zamanlarda İdlibdə vəziyyət sabitləşməsə, Qərb də milyonlarla qaçqını qəbul etməli olacaq. Yaddan çıxartmaq lazım deyil ki, Suriyanın şimal-qərbində 4 milyon nəfər məskundur» – Ərdoğan əlavə edib.

Xəbər verildiyi kimi, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sentyabrın 10-da bəyan edib ki, Birləşmiş Ştatlar Suriyanın şimal-şərqində «təhlükəsizlik zonası»nın yaradılması barədəki razılaşmanın reallaşmasını yubadır. Ankarada jurnalistlər qarşısında çıxış edən nazir bildirib ki, Amerika tərəfin bundan əvvəl imzalanmvş sazişə yönəlik yanaşması «kafi» deyil və Vaşinqton tərəfindən atılan addımlar yalnız kosmetik səciyyə daşıyır.

Sentyabrın 8-də Türkiyənin zirehli texnikası Suriyanın şimal-şərqinə girib və orada ABŞ hərbçiləri ilə birgə təhlükəsizlik zonası yaradılır. Bundan əvvəl terrorçi PYD-nin döyüşçüləri ABŞ və Türkiyənin birgə patrul xidməti keçirməsi məqsədilə ayrılmış quru və hava məkanını tərk ediblər. Türkiyə bu kürd dəstələrini terror qruplaşması adlandırır və Türkiyədə fəaliyyəti qalağan olunmuş PKK-nınSuriya qolu hesab edir.

Türkiyə bayraqları daşıyan zirehli maşınlar Amerika bayraqlı texnika ilə Türkiyə sərhədinin 15 kilometrliyində yerləşən Akcaqala (Şanlıurfa əyaləti) şəhərində birləşib.

785d74a8d8ada35

Avqustun 12-də Akcaqala rayonuda Turkiyə-ABŞ birgə əməliyyat mərkəzi yaradılıb. Avqustun 14-də Suriyanın şimal-şərq rayonu üzərində ilk Türkiyə kəşfiyyat «dron»ları uçmağa başlayıb.

Avqustun 21-dən başlayaraq, tərəflər «təhlükəsizlik zonası» yaradılması barədə planın birinci mərhələsini reallaşdırmağa başlayıblar. Avqustun 21-də və 29-da, o cümlədən, sentyabrın 5-də Türkiyə və ABŞ silahlı qüvvələri 3 birgə hava patrulu xidməti həyata keçiriblər.

Hava-patrul xidmətinin məqsədi «terrorçuların möhkəmləndirilmiş qurğularının aşkar olunmasından, ərazidə terrorçuların və ağır texnikaın olmasının monitorinqinin həyaia keçirilməsindən ibarətdir…».

Beləliklə, ABŞ-n «nazı»na daha iki həftə də dözməli olacağıq…

AzPolitika.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=133315

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031