Ermənistanın istefa vermiş hökumət üzvü Nikol Paşinyanı hədələyib

23.09.2019 - 14:59

7814e3ca-6a16-471b-b824-23700771b5c0“Zaman kimin və nəyin zibillikdə olduğunu göstərəcək”.

“Report” “Tert”ə istinadən xəbər verir ki, bunu istefa vermiş Ermənistanın milli təhlükəsizlik xidmətinin keçmiş direktoru Artur Vanesyan baş nazir Nikol Paşinyanın “belə davranan zabit paqonlarını zibil qabına atır” ifadəsinə cavab olaraq bildirib.

“Ermənistanın baş naziri Nikol Paşinyan Los-Ancelosda keçirdiyi mətbuat konfransında yenidən məlumatı az olan məsələlərdən danışıb. İstefa verməyimə baxmayaraq, Nikol Paşinyan yanıma adam göndərərək vəziyyətin sakitləşməsi üçün susmağımı xahiş edir. Ancaq mənə elə gəlir ki, o növbəti dəfə anlaşmanı pozaraq, aydın olmayan, populist bəyanatlar verib. O, dediyi sözlərin nəticəsi barədə yenə düşünmür.

Nə vaxtadək ictimaiyyətə yalan danışıb, “bizimlə olmayanlar – milləti satanlardır” tezisini irəli sürəcək? Onunla razı olmayanlarla xələflərinin etdiyi kimi davranır. Mən yenə təkrar edirəm, məni əvvəlkilərlə bağlamağa cəhd etməyin”, – keçmiş direktor Vanesyan baş naziri hədləyib.

O, Nikol Paşinyanı Konstitusiyanı bilməməkdə də ittiham edib. Bildirib ki, bu qanuna əsasən, müharibə şəraiti olmayanda baş nazir ali baş komandan səahiyyətini daşımır: “İstefa barədə bəyanatımı oxusa, əminəm ki, nəyi nəzərdə tutduğumu anlayacaq. Ona görə də zamanın kimin və nəyin zibilliyə atacağını göstərəcəyinə əminəm”.

Qeyd edək ki, Artur Vanesyan sentyabrın 16-da istefa verib. Onun bununla bağlı verdiyi bəyanat Ermənistan Milli Təhlükəsizlik Xidmətinin saytında yerləşdirilsə də sonra silinib.

Los-Anselosa səfəri zamanı Nikol Paşinyan Artur Vanesyanın xidmətin saytına yerləşdirdiyi qalmaqallı bəyanatın silinməsinə münasibət bildirib. Onun sözlərinə görə, Vanesyan həmin bəyanatda ali baş komandan, baş nazir və silahlı qüvvələri təhqir edib: “Ona görə də həmin bəyanat xidmətin saytından silindi. Belə davranan zabit paqonlarını zibil qabına atır. Sonuncu dəfə 1991-ci ildə sovet dövründə qiyamçılar belə etmişdi”.

Vanesyanın həmin bəyanatında Nikol Paşinyana xitabən: “Mən hökuməti ayıltmaq üçün istefa verirəm” və “Dayan!” cümləsi və ifadəsi yayılmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=133441

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31