Gürcüstanda zəlzələ olub
Gürcüstanda 4 bal gücündə zəlzələ baş verib. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 20:38-də qeydə alınıb.
Zəlzələnin episentri Laqodexi rayonundakı dövlət qoruğu ərazisində, 10 kilometr dərinlikdə olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=133472