«Səudiyyə Ərəbistanı öz sonuna doğru gedir»
Livan «Hizbullah»ının («Allahın partiyası») Baş katibi Həsən Nəsrulla Səudiyyə Ərəbistanı rejiminin «sonundan xəbər verib». Livan şiələri aparıcı təşkilatının lideri Nəsrullanın sözlərinə görə, Əl-Səud rejimi «çox qocalıb və demək olar, öz sonuna çatıb».
İranın ərəbdilli «Əl-Ələm» telekanalına müsahibəsində şeyx Nəsrulla deyib ki, Səudiyyə Ərəbistanının hakim rejimi köhnəlib və öz ömrünün sonuncu mərhələsini yaşayır. Müsahibə sentyabrın 22-də axşam yayımlanıb.
«Faktiki olaraq, Səudiyyə Ərəbistanı İrana qarşı düşmənçiliyin təşəbbüskarı olub və onun İranla problemi də digər ərəb ölkələri ilə olduğu kimidir – məhz fələstinlilərin hüquqlarının dəstəklənməsi və İsrailə yönəlik bölgəsel müqavimət məsələlərində prinsipiallığın olmaması ilə bağlı problemlər» – «Hizbullah» lideri bildirib.
Bununla bərabər, Nəsrulla qeyd edib ki, Səudiyyə Ərəbistanı Livan müqavimət qüvvələrinə də düşmən münasibətdədir – onun İrana yönəlik mövqeyindən asılı olmayaraq. «Bizim Səudiyyə Ərəbistanı ilə problemimizın İranla hər hansı əlaqəsi yoxdur» – Nəsrulla qeyd edib.
«Hizbullah» lideri davam edib ki, «despotik siyasət, korrupsiya, insanların təqib olunması və hakim ailənin monopoliyası kimi səbəblərdən dolayı, Səudiyyə Ərəbistanı «öz mövcudluğunun son mərhələsini yaşayır».
Əl-Ələm kanalının müsahibi əlavə edib ki, son illər ilk dəfədir ki, bir sıra ərəb ölkələrində insanlar «Səudiyyə rejiminə ölüm» kimi şüarlar səsləndirirlər.
Xatırladaq ki, Amerika Birləşmiş Ştatları (ABŞ) hələ 1997-ci ildə «Hizbullah»ı terrorçu təşkilat elan edib. Fars körfəzinin bəzi ərəb monarxiyları da bu məsələdə ABŞ-ı 2016-cı ildə təkrarlayıblar.
“AzPolitika”
Short URL: http://www.cumhuriyyet.net/?p=133508