Paşinyanla təhlükəsizlik şefinin davası qızışır – “O, bu cür getməli deyildi…”

24.09.2019 - 16:20

скачанные файлыErmənistan baş nazirinin müavini Tiqran Avenyan ölkənin sentyabrın 16-da vəzifəsindən istefa verən sabiq təhlükəsizlik xidmətinin rəisi Artur Vanetsyanın son açıqlamalarına münasibət bnildirib. 

“AzPolitika.info” xəbər verir ki, Ermənistan mətbuatına danışan T.Avenyan sabiq təhlükəsizlik şefinin hərəkətlərinin nəinki zabitə, heç sıravi əsgərə də yaraşmadığını bildirib.

Xatırladaq ki, vəzifəsindən öz ərizəsi ilə istefa verən Vanetsyan Paşinyanı dolayısı ilə səriştəsizlikdə və bacarıqsızlıqda ittiham etmişdi. Paşinyan isə Los-Ancelosda keçirdiyi mətbuat konfransında xidmət rəisinin hərəkətlərini şərh edərkən, “belə davranan zabit paqonlarını zibil qabına atır” demişdi.

Vanetsyan da cavabında “zaman kimin və nəyin zibillikdə olduğunu göstərəcək” demişdi və bildiyi şeyləri açıqlayacağı təqdirdə bunun ağır nəticələr verəcəyinə dair xəbərdarlıq etmişdi.

1568782603_0001

Paşinyanla sabiq təhlükəsizlik rəisi arasında getdikcə qızışan qarşıdurmanın Ermənistanın siyasi gündəmində əsas hadisələrdən birinə çevrildiyi dönəmdə baş nazirin müavini də bu polemikya qoşularaq, Paşinyanı müdafiə etməyə çalışıb.

Avenyan deyib ki, sabiq rəisin davranışları ilə zabit şərəfi qətiyyən bir çərçivəyə sığmır. “O, bu cür getməli deyildi” deyən Avenyan baş nazirlə sabiq təhlükəsizlik rəisi arasında ikinci vəzifədə olarkən şəxsi münasibətlər və vəzifə müstəvisində konflikt olduğunu da etiraf edib.

Bununla yanaşı, Vanetsyanın Paşinyanın onun yanına adam göndərərək, bir müddət susmasını xahiş etdiyinə dair sözlərinə şərh verən Avenyan sabiq rəisin yalan danışdığını iddia edib. Vanetsyanın açıqlamalarını təəssüflə izlədiyini deyən baş nazirin müavini bu mövzunun tezliklə qapanmasında maraqlı olduqlarını da gizlətməyib. Lakin yerli ekspertlər bu konfliktin hələ davam edəcəyini və daha da qızışacağını proqnozlaşdırırlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=133531

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31