Fransadan qanunsuz miqrantların deportasiyası proseduru asanlaşdırılacaq

25.09.2019 - 15:07

25f76dbb-c716-4c21-b17d-29c807cefabe“Fransadan qanunsuz miqrantların deportasiyası proseduru asanlaşdırılacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron jurnalistlərə açıqlamasında bildirib.

Dövlət başçısı Fransada qanunsuz şəkildə yaşayan insanların ölkədən çıxarılması üçün bu günədək həyata keçirilən tədbirlərin səmərəsiz olduğunu deyib və bunu deportasiya prosedurunun uzun çəkməsi ilə izah edib.

E.Makron Fransaya qanunsuz daxil olmuş, yaxud sığınacaq müraciətinə rədd cavabı verilməsinə baxmayaraq, qeyri-qanuni yaşayan mühacirlərin ölkədən çıxarılması qaydalarına dəyişiklik ediləcəyini və deportasiya prosedurunun tezləşdiriləcəyini vurğulayıb.

Xatırladaq ki, hökumətin mühacirlərlə bağlı təqdim etdiyi yeni təkliflər sentyabrın 30-dan etibarən Fransa Milli Assambleyasında (parlament) müzakirəyə çıxarılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=133588

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31