Rusiyada baş verən iki yanğında 6 nəfər ölüb
Bu gün səhər saatlarında Rusiyanın Samara və Tambov vilayətlərində yanğın baş verib.
APA-nın “RİA-Novosti”yə istinadla verdiyi xəbərə görə, Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərində yaşayış binasında baş verən yanğında 2 azyaşlı ölüb. Ümumi sahəsi 15 kvadrat metri əhatə edən yanğın söndürülüb.
Daha bir yanğın hadisəsi Tambov vilayətinin Dimitiyevşina kəndində qeydə alınıb.
Yanğın nəticəsində 4 nəfər həyatını itirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=133684