Paşinyanın malikanəsinin təmirinə 2 milyon dollar xərclənəcək

27.09.2019 - 13:23

pasinyanErmənistanın Baş naziri Nikol Paşinyanın malikanəsinin təmir işlərinə 2 milyon ABŞ dolları məbləğində vəsait xərclənəcək.

APA-nın xəbərinə görə, bu barədə “Hraparak” nəşri öz mənbələrinə istinadən xəbər yayıb.

Nəşrin yazdığına görə, əvvəllər sabiq prezident Serj Sarkisyanın yaşadığı malikanədə hazırda tam sürətlə əsaslı təmir-tikinti işləri aparılır. Demək olar ki, malikanənin dizaynı, otaqların yeri dəyişdirilib.

Qeyd olunub ki, malikanənin hazırkı vəziyyəti Paşinyan və ailəsini qane etmədiyindən, onlar orada yaşamaq istəmirlər. Təmir işlərinə isə 2 milyon ABŞ dolları həcmində vəsait sərf olunacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=133695

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31