Erməni deputat Rusiyanın tələbi ilə Ermənistanın AŞPA-dakı nümayəndə heyətindən çıxarılacaq

28.09.2019 - 13:24

Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Ovannes İgityanın mandatı qurumun payız sessiyasından sonra əlindən alına bilər.

APA-nın Ermənistanda nəşr olunan “Joxovurd” qəzetinə istinadən verdiyi xəbərə görə, Ermənistan parlamentinin hakim “Mənim Addımım” fraksiyasında və AŞPA-dakı nümayəndə heyətində onun təcili şəkildə digər deputatla əvəzlənməsi məsələsi müzakirə olunur. Buna səbəb O. İgityanın Rusiyanın AŞPA-da səsvermə hüququnun geri qaytarılması ilə bağlı iyun ayının 24-ü keçirilən səsvermədə iştirak etməməsi olub.

“Erməni deputatın mandatı ilə bağlı söhbətlər onun Rusiyanın AŞPA-da səsvermə hüququnun qaytarılması ilə bağlı səsvermədə iştirak etməməsindən sonra başladı. Bundan sonra onun səsvermədə iştirak etməməklə bağlı ukraynalı deputatlarla razılıq əldə etməsi haqqında söhbətlər yayıldı. Həmin vaxt bu xəbərlərlə əlaqədar Rusiya tərəfi ilə yaranmış problemi həll etmək mümkün oldu. İndi isə Rusiya tərəfinin tələbi qətidir – İgityan getməlidir. Artıq hakim fraksiyada Ovannes İgityanın yerinə digər namizəd axtarılır”, – qəzet mənbəyə istinadən yazır.

Short URL: http://www.cumhuriyyet.net/?p=133752

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31