“Gürcüstan hava yolları”: Rusiya ilə birbaşa uçuşlar bərpa olunmalıdır

28.09.2019 - 14:30

“Gürcüstan hava yolları” şirkəti Gürcüstan və Rusiya arasında birbaşa aviauçuşların bərpasının tərəfdarıdır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə şirkətin baş direktoru Roman Bokerianın yaydığı bəyanatda bildirilib.

Sənəddə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Gürcüstanla birbaşa uçuşlara tətbiq olunan qadağanan aradan qaldırılmasının mümkünlüyü ilə bağlı bəyanatı alqışlanıb: “Hesab edirik ki, iki ölkə arasında uçuşlar beynəlxalq sazişə uyğun olaraq bərpa edilməlidir. Sənədin müddəalarına əsasən, Rusiya iki ölkə arasında müntəzəm hava əlaqəsini birtəfərli qaydada və əsassız olaraq dayandırmamalıdır”.

Bəyanatda qeyd olunub ki, Rusiyaya uçuşların qadağan olunması “Gürcüstan hava yolları”na likvidliklə bağlı problem yaradır və şirkəti müflisləşmə ilə üz-üzə qoyur.

Qeyd edək ki, bu yaxınlarda S.Lavrov “Kommersant” nəşrinə müsahibəsində Rusiya və Gürcüstan arasında birbaşa hava əlaqəsinin bərpasının düzgün olacağını bildirib. İki ölkə arasında birbaşa aviauçuşlar bu il iyulun 8-dən etibarən dayandırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=133761

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31