“Səudiyyənin neft zavodlarını İran vurub” – Müxalifət təsdiqlədi

01.10.2019 - 15:18

seudiyye«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın neft zavodlarına «dron»ların hücumunın günahkarı İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) döyüşçüləridir. Hərbçilər islam respublikasının ali rəhbərliyinin icazəsi ilə hərəkət ediblər. Bu barədə müxalif İran Milli Müqavimət Şurası (İMMŞ) bəyan edib.

Bəyanatla təsdiqlənir ki, pilotsuz uçaqlar İranın cənub-qərbində yerləşən «sadə» hərbi bazadan buraxılıb. Bununla diqqəti İİKK-dan yayındırmaq məqsədi güdülüb.

Bu arada Amerikanın «CBS» kanalı zərbə anını nümayiş etdirib. Səudiyyənin varis şahzadəsi Mohəmməd ben Salman bu videoya reaksiya verib və İranı nəzərdə tutaraq, bəyan edib ki, «yalnız axmaqlar dünya neft hasilatının 5 faizini vura bilər».

Onun sözlərinə görə, Səudiyyənin hava hücumundan müdafiə sistemi hücumun qarşısının alınmasının öhdəsindən gələ bilməyib, belə ki, krallıq (ərazi baxımından – red.) Qərbi Avropadan böyükdür və hələlik «bütün istiqamətlərdən qorunmaq mümkün deyil».

Short URL: http://www.cumhuriyyet.net/?p=133906

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31