NATO Baş katibinin müavini Gürcüstana səfər edəcək
Gürcüstan hökumətinin dəvəti ilə oktyabrın 3-4-də NATO nümayəndə heyəti Gürcüstana səfər edəcək.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, nümayəndə heyətinə 29 üzv ölkənin daimi nümayəndələri və NATO Baş katibinin müavini Rouz Qotemöller (Rose Gottmoyler) daxildir.
Short URL: http://www.cumhuriyyet.net/?p=133958