Oktyabrın 2-si gürcülərin soyqırımı günü elan oluna bilər

02.10.2019 - 14:27

fb5d7eb7-6fc1-4351-b236-d5e667dbab17_640Gürcüstanın Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili oktyabrın 2-nin gürcülərin soyqırımı günü kimi qeyd olunmasını tələb edir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, partiya qanun layihəsini artıq ölkə parlamentinə təqdim edib.

Ş.Natelaşvili bildirib ki, 1992-ci ilin oktyabrında Qaqra şəhərində gürcülərə qarşı görünməmiş soyqırımı törədilib: “Hətta şəhər stadionunda gürcülərin kəsilmiş başları ilə futbol oynanılıb. Ümid edirəm ki, Gürcüstan parlamenti qanun layihəsini dəstəkləyəcək”.

Partiya sədri deputatları qanun layihəsinin lehinə səs verməyə çağırıb.

Qeyd edək ki, Leyboristlər Partiyası artıq neçənci dəfədir oktyabrın 2-nin gürcülərin soyqırımı günü kimi qeyd olunması təklifi ilə çıxış edir. Lakin bu təkliflərə bu günə qədər rəsmi səviyyədə heç bir münasibət bildirilməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=133969

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31